Qəribliyi görməyən, vətən qədrini bilməz.

Lit. Who wasn’t abroad, doesn’t know his native land’s own value. Кто на чужой стороне не бывал, тот горя не видал.
qəribliyə salmaq
qəsdən çaşdırmaq (dolaşdırmaq)
OBASTAN VİKİ
Ola bilməz (ablom)
Ola bilməz – Azərbaycan Respublikasının xalq artisti, müğənni Faiq Ağayevin ilk studiya albomu. Tərkibində 14 mahnı olan alboma Tofiq Quliyev, Eldar Mansurov, İlham Abdullayev, Siyavuş Kərimi, Yaşar Baxış və Faiq Ağayevin bəstələri daxildir. Albom 21 mart, 1995-ci il tarixində işıq üzü görmüşdür.
Ola bilməz (albom)

Vətən
Vətən — İnsanın anadan olduğu, dədə-babaların, qohum-əqrəbalarının yaşadığı, soykökü ilə bağlı olduğu ölkə və fərdi inkişaf zamanı bu ölkə ilə əlaqəli olan emosional məfhum. Vətənə bağlılıq insanlarda vətənpərvərlik ilə səciyyələndirilir.
Ana Vətən

Vətən (dəqiqləşdirmə)
Vətən — ana yurd. Vətən (opera) — Qara Qarayev və Cövdət Hacıyevin Böyük Vətən müharibəsinə həsr etdikləri opera. Vətən (kinoteatr) — Vətən (qəzet) — 2002-2007-ci illərdə Rusiyada dərc olunan həftəlik qəzet.
Vətən (kinoteatr)
"Vətən" kinoteatrı — Azərbaycanın Bakı şəhərində fəaliyyət göstərmiş kinoteatr. Kinoteatr Nizami küçəsi 77-də yerləşirdi.
Vətən (opera)
"Vətən" operası — 1945-ci ildə Azərbaycan bəstəkarlar Qara Qarayev və Cövdət Hacıyev Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 25 illiyinə və İkinci Dünya müharibəsinə həsr etdikləri dörd pərdəli opera . Dövlət mükafatına layiq görülüblər. Qara Qarayevin və Cövdət Hacıyevin birlikdə bəstələdiyi "Vətən" operası 1945-ci ildə Azərbaycan Opera və Balet Teatrında tamaşaya qoyulmuşdur. Operaya quruluş verən rejissor İsmayıl Hidayətzadə, rəssamı İzzətxan Səidov idi. Dirijor Maestro Niyazi idi. Müəlliflərə bu operaya görə Stalin mükafatı verildi. Hadisələr alman-faşist işğalçılarının SSRİ torpaqlarından qovulmağa başlandığı dövrdə baş verir. Əsərdə çoxmillətli sovet xalqının apardığı ümumi azadlıq mübarizəsində Azərbaycan xalqının qəhrəman oğullarının yaxından iştirak etməsi təsvir edilir. İkinci Dünya müharibəsində rəşadət göstərən Azərbaycan xalqının qəhrəman oğulları "Vətən" operasında bədii surətlərdə əbədiləşdirilmişdir. Surətlər: Aslan, Mərdan, Dilbər, Baxşı, Aşıq Səlim, alman zabiti və b.
Vətən (qəzet)
Vətən — 2002-2007-ci illərdə Rusiyada dərc olunan həftəlik, müstəqil ictimai-siyasi və kulturoloji məzmunlu mühacirət mətbuatı. Rusiyada Azərbaycan və rus dillərində çıxan həftəlik ictimai-kulturoloji “Vətən” qəzeti 2002-2007-ci illərdə fəliyyət göstərmişdir. Qəzetin təsisçisi və baş redaktoru Namiq Murad (Namik Muradov) olmuşdur. “Vətən” qəzetinin redaksiyası Marı Respublikasının Yoşkar-Ola şəhərində (Ünvan: Mətbuat evi, IV mərtəbə, 404-405-ci otaq) yerləşmişdir. Moskva, Sankt-Peterburq, Nijni-Novqorod, Kazan, Volqoqrad, Ulyanovsk, Kirov, Çeboksarı və Yoşkar-Ola şəhərlərində yayınlanan qəzet, Rusiyada yaşayan Azərbaycan diasporunun nümayəndələri və Azərbaycan mədəniyyəti, iqtisadiyyatı, adət və ənənələri ilə maraqlanan hər kəs üçün nəzərdə tutulmuşdur. Qəzetin tirajı 5000 - 10 000 nüsxə arasında dəyişmişdir. Əvvəlcə həftəlik nəşr olunan qəzet daha sonra aylıq yayına çevrilmişdir. Qəzet Azərbaycanda, Rusiyada və dünyada gedən ictimai-siyasi proseslər barədə xəbərlər dərc etmiş, diaspor həyatını işıqlandırmış, musiqi, idman, mədəniyyət və iqtisadiyyat haqqında məlumatları yaymışdır. Qəzetin redaksiya heyətinin üzvləri Fəxrəddin Məmmədov, İlqar Yusifov, Denis Məhəmmədxanov, rəssamı Valeri Şumkov (Küyçü), Azərbaycan təmsilçilsi Kəmalə Musayeva olmuşdur.
Vətən Hüseynli
Vətən Hüseynli (13 iyul 1992, Bakı) — Azərbaycanı təmsil edən boksçu. Vətən Hüseynli 2012-ci ilin aprelində Trabzon şəhərində baş tutan Avropa Olimpiya Təsnifat Turnirinin gümüş medalına sahib oldu. Bununla da Vətən Hüseynli 2012-ci ilin avqustunda Azərbaycanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. Vətən Hüseynli olimpiadanın təsnifat mərhələsində Venesuela nümayəndəsi Karlos Gongora ilə üz-üzə gəldi. İyulun 30-da baş tutan həmin görüşdə Vətən Hüseynli rəqibinə 8:10 hesabı ilə məğlub oldu və olimpiada da mübarizəsini başa vurdu.
Vətən Müharibəsi
İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi, 44 günlük müharibə və ya "Dəmir Yumruq" əməliyyatı — Azərbaycan Silahlı Qüvvələri və Ermənistan Silahlı Qüvvələri arasında Dağlıq Qarabağda davam edən silahlı qarşıdurma. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdür. Beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınan, lakin Ermənistan hökumətinin idarəetməsi altında yaradılan Qondarma Dağlıq Qarabağ Respublikası ilə bağlı həll olunmamış münaqişənin son gərginləşməsidir. Qarşıdurmalar 27 sentyabr 2020-ci il səhər saat 06:00-da Qarabağ müharibəsindən sonra yaradılmış təmas xətti boyunca başladı. Bunun ardınca Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycan isə hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan etdi. Türkiyə, bu dəstəyin dərəcəsi mübahisəli olsa da, Azərbaycana hərbi dəstək verdi. Türkiyənin iştirakının, münaqişədə Azərbaycanın mövqeyini artırmaqla və Rusiyanın bölgədəki təsirini kənarlaşdırmaqla təsir dairəsini genişləndirmək cəhdi olduğu düşünülür. Beynəlxalq ekspertlər müharibənin Azərbaycanın hücumu ilə başladığını və əsas məqsədin bölgənin müdafiəsi zəif olan cənub bölgələrini işğaldan azad etmək olduğunu iddia edirlər. Müharibə, pilotsuz təyyarələrin, sensorların, ağır artilleriyanın və raket zərbələrinin istifadəsi, habelə dövlət təbliğatının və onlayn informasiya müharibəsində rəsmi sosial media hesablarının istifadəsi ilə yadda qalan oldu. Çoxsaylı ölkələr və Birləşmiş Millətlər Təşkilatı döyüşləri kəskin şəkildə qınadı və hər iki tərəfi gərginliyi azaltmağa və mənalı danışıqları təxirə salmadan davam etdirməyə çağırdı.
Vətən Partiyası
Vətən Partiyası (Türkiyə)
Vətən Yolunda
Vətən yolunda - 1941-ci ilin oktyabr ayında Təbrizə nəşrə başlamış ordu qəzeti. 2-ci dünya müharibəsi illərində Təbrizdə birinci olaraq, Azərbaycan dilində ərəb əlifbası ilə nəşr olunmuş Qızıl Ordu qəzeti idi. İlk nömrəsi 1941-ci il oktyabr ayının 11-də günaşırı olaraq nəşr olunmağa başlamışdır. Qəzetin çap olunmasının birinci mərhələsi 1942-ci il aprelin 13-ə qədər davam etmiş və bu müddətdə 89 nömrəsi çıxarılmışdır. "Vətən yolunda" qəzetinin nəşr olunduğu birinci mərhələ ilə eyni zamanda İranın başqa şəhərlərində Qızıl Ordu qəzetləri nəşr olunurdu. Məsələn, Urmiyada Azərbaycan dilində "Qızıl əsgər" (redaktor Zülfəli İbrahimov), Rəştdə fars dilində "Sərbaz-e sorx" (redaktor Xasay Vəzirov) qəzetləri çap olunurdu. İkiillik fasilədən sonra 1944-cü il aprel ayının 10-dan qəzetin ikinci mərhələsinin nəşri başlanmışdır. Bu mərhələ 1946-cı ilin mayın 1-ə qədər davam etmiş və həmin müddət ərzində (1941-1946) qəzetin 406 nömrəsi nəşr olunmuşdur. Qəzetin səhifələrində Məhəmməd Biriya, Mir Mehdi Etimad, Əli Fitrət, Aşıq Hüseyn Cavan, Balaş Azəroğlu, Əli Tudə, Yəhya Şeyda, Məhəmmədbağır Niknam, Məhəmmədəli Fəxrəddini (Məhzun), Hökumə Billuri, Əli Nişani, Həbib Sahir, Qulu xan Borçalı, Tağı Milani, Məhəmmədəli Hilal Naseri, Mədinə Gülgün və bir çox başqalarının şerləri, Məhəmmədlu Əbbasi, Ə.Sefvət, Abdulla Fərivər, Səməd Səbahi, Mirrəhim Vilayi, Məhəmmədəli Fərzanə (Qövsi) və bir çox başqalarının məqalələri çap olunurdu. Öz ədəbi dilini öyrənən İran azərbaycanlıları üçün "Vətən yolunda" qəzetinin xüsusən böyük əhəmiyyəti vardır.
Vətən dili
Vətən dili, I hissə (1882, tərtibçi: Aleksey Osipoviç Çernyayevski) Vətən dili, II hissə (1888, tərtibçilər: Aleksey Osipoviç Çernyayevski, Səfərəli bəy Vəlibəyov) Azərbaycanda ilk əsaslı dərs vəsaitinin, dərsliyin yaranması tarixi 1876-cı ildən fəaliyyət göstərən Qori seminariyası ilə bağlıdır. Qori seminariyası ziyalıların yeni nəslinin yetişməsi, onların şəxsində Azərbaycanda yeni nəfəsli mədəniyyətin yayılması və öyrənilməsi, yeni elmi üsulların tətbiq olunması, yeni ictimai fikrin formalaşması, bir qədər sonra isə Azərbaycan intibahını həyata keçirəcək bütöv bir nəslin meydana gəlməsində müstəsna rol oynamışdır. Bir çox demokrat düşüncəli, tərəqqipərvər pedaqoqların dərs dedikləri bu seminariyada azərbaycanlı, gürcü, rus və digər xalqların övladları Avropa dilləri və ədəbiyyatını, rus dilini, ədəbiyyatını və pedaqogikasını, təbiət, coğrafiya, hesab və başqa fənləri öyrənmişlər. Seminariyada Qərb, xüsusilə, rus dili və ədəbiyyatının tədrisinə geniş yer verilmiş, dünya klassiklərinin əsərləri tədris edilmiş, nəzdində Qərbi Avropa və rus klassiklərinin əsərlərindən ibarət zəngin kitabxana fəaliyyət göstərirdi. Azərbaycan dilində tədris kitabının yaranması tarixi də həmin dövrlə bağlıdır. Məlumdur ki, 1852-ci ildə Mirzə Şəfi Vazeh Tiflisdə dərs dediyi zaman Mirzə Kazım bəyin Moskvadaki tələbələrindən olan İvan Qriqoryev ilə birlikdə Azərbaycan poeziyasının ilk müntəxəbatı "Kitabi-türki" adlı bir dərslik tərtib etmişdir. Lakin XIX əsrin 60–70-ci illərində həmin dərs vəsaiti mənən bir qədər köhnəldiyinə və təkrar çap olunmadığına görə uzunömürlüyü ilə seçilməmişdir. Beləliklə, həm azərbaycanlı məktəbliləri dərs öyrənmək, həm də azərbaycanlı müəllimləri Ana dilində dərs demək üçün sərəncamlarında dərsliyin olmaması problemi ilə üzləşirdilər. 1881 ilin yanvar ayının 26-da Qafqaz canişini nin təsdiq etdiyi təlimata əsasən Cənubi Qafqaz da yaşayan xalqların nümayəndələri dərslərini ilk tədris ilində öz Ana dillərində almalı idilər . Lakin, deyildiyi kimi, Azərbaycan dilində dərsliyin olmaması canişinin təlimatının yerinə yetirilməməsi təhlükəsini yaradırdı.
Vətən oğlu
Vətən oğlu (film, 1941)
Vətən yaxşıdır
“Xudayar təsnifi” və ya əvvəlki adı ilə "Vətən yaxşıdır" — xanəndə Əlibaba Məmmədovun qəzəlxan Əliağa Vahidin "Vətən yaxşıdır" şeirinə bəstələdiyi təsnif. Təsnif ilk dəfə 1960-cı ildə Əlibaba Məmmədovun ifasında səsləndirilib. Məlumata görə Əliağa Vahid bir gün Terek çayında gəmi ilə səfər edirmiş. Birdən vətən üçün darıxır və beləliklə bu təsnifin sözləri yaranır. Təxminən 50 il əvvəl Əlibaba Məmmədov bu şeirə təsnif bəstələyir. "Terek" sözünü "Xəzər" ilə əvəz edir. Təsnif Şur ladında yazılmış və sovet dövründə "Şur təsnifi" kimi təqdim olunmuşdur. Əlibaba Məmmədov təsnif haqqında bunları deyib: Daha sonra təsnif Eyyub Yaqubovun, Güllü Muradovanın, Babək Niftəliyevin, Rəvanə Əmiraslanlının, Ehtiram Hüseynovun, Almaxanım Əhmədlinin ifalarında səsləndirilib. Təsnif Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin ifasında məşhurlaşmışdır. Xudayar Yusifzadə döyüşlərdən iki gün öncə "Vətən yaxşıdır" təsnifini oxuyarkən döyüş yoldaşları ilə özünü videoya almışdır.
Vətən Şaşmaz
Vətən Şaşmaz (8 yanvar 1975 və ya 8 yanvar 1974, İstanbul – 27 avqust 2017, İstanbul, Türkiyə) — Türk aktyor və aparıcı. 8 yanvar 1975-ci ildə İstanbulda doğulub. 27 avqust 2017-ci ildə İstanbulda vəfat edib.
İlk vətən
İlk vətən və ya urheymat (alm. ur‎, "mənşə" + Heimat, "vətən") — protodilin ilkin vətənini təsvir edən tarixi linqvistika termini. Sözügedən dil ailəsinin yaşından asılı olaraq protodilin “vətəni” əgər yayılması tarixi köçlər nəticəsində baş veribsə, demək olar ki, qəti formada, çox qədim tarixi dövrlərdə meydana gəlibsə, daha az dəqiqliklə müəyyən edilə bilər. Proto-Hind-Avropalıların (PIE) vətəni haqqında ən çox qəbul edilən nəzəriyyə bu dilin Qara dəniz-Xəzər çöllərində eramızdan əvvəl 4000-ci illərdə yayılmağa başladığını iddia edən “çöl fərziyyəsi”dir. Azlıqda qalan bəzi tədqiqatçılar isə əsas vətənin Anadoluda eramızdan əvvəl 8000-ci ildə mövcud olduğunu iddia edən Anadolu fərziyyəsini dəstəkləyirlər. Diqqətəlayiq bir ehtimal olsa da, üçüncü iddia, onların əsas vətənini Qafqazın cənubunda yerləşdirən erməni hipotezinin böyük ehtimalla həqiqətə uyğun olmadığı hesab olunur. Neolit ​​kreolizasiyası fərziyyəsi, Paleolit ​​Davamlılıq Nəzəriyyəsi və Yerli Aryanlar nəzəriyyəsi də daxil olmaqla, proto-hind-Avropa xalqının əsas vətəni üçün bir neçə başqa nəzəriyyə də təklif edilmişdir. Türk dillərinin mənşəyi və yarandığı vaxtın müəyyənləşdirilməsi mübahisəli məsələlərdən olsa da, onların əsas vətəni üçün Transxəzər çöllərindən Şimal-Şərqi Asiyada mövcud olan Mancuriyaya qədər müxtəlif regionları əhatə edən bir çox nəzəriyyələr mövcuddur. Ən qədim Çin qeydlərinə qədər yazılı mənbələrin olmaması və ilk türk xalqlarının köçəri təbiəti türk dilinin ilkin vətəninin yerini və tarixini təyin etməyi çətinləşdirir. Prototürk əsas vətənini tapmaq cəhdləri ümumiyyətlə Qərbi və Mərkəzi Sibirdə və onun cənub regionlarında inkişaf etmiş erkən arxeoloji üfüqlərlə əlaqələndirilir.
Kürd Vətən İttifaqı
Kürd Vətən İttifaqı — İraqın siyasi partiyası. Səddam Hüseyndən sonra gələn 3 prezident: Bərham Saleh, Fuad Məsum və Cəlal Talabani məhz bu partiyanın üzvü olub və Partiyanı ölkənin rəsmi partiyasına çeviribdir. Ən böyük rəqibləri BƏƏS dövründə İraq, Türkiyə, PKK, YPG, İŞİD-dir. Ən böyük müttəfiqi isə Qəddafist Liviyadır (1983). Mərkəzi Süleymaniyədə Yerləşir. Cənubi İraqda partiyanı "terror anbarı" kimi tanıyırlar. 2014–2018 ci illər arasında aktiv fəaliyyət göstərir. PUK siyasi irsini Süleymaniyyədə doğma İbrahim Əhməddə başlayır. 1947-ci ilin əvvəlində İranda Sovet tərəfindən dəstəklənən kürd kürd Mahabadın süqutundan sonra İbrahim Əhməd, İran KDP-nin (KDP-I) ​​Süleymaniyyə təmsilçisi, yeni yaradılan İraq KDP-yə qoşuldu. Əhməd, 1951-ci ilə qədər İraq Kürd solçu millətçilərinin əksəriyyətini yeni İraq KDP-yə toplamağa müvəffəq olmuş yüksək nüfuzlu solçu bir ziyalı idi, bu da öz növbəsində ikinci Partiya Qurultayını çağırmaq və Əhməd baş katib seçmək imkanı əldə etdi. .
Kürdüstan Vətən İttifaqı

Qurdlar Vadisi: Vətən
Qurdlar Vadisi Vətən (türk. Kurtlar Vadisi Vatan) — Türkiyədə dövlət çevrilişinə cəhdi ələ alan 2017 istehsalı film. İstehsal şirkəti Pana Film, rejissoru Serdar Akardır. Filmin ssenarisini Necati Şaşmaz, Murat Koca, Alper Erze və Cahid Qayaoğlu yazmışdır. Çəkilişləri 5 həftə çəkən film 28 sentyabrda Avropada, 29 sentyabrda Türkiyədə, 5 oktyabrda Azərbaycanda yayımlandı. Film Qurdlar Vadisi seriasının 4-cü filmidir. Digər 3 film; 2006-cı ildəki Qurdlar Vadisi İraq toplam 4.256.567, 2009-cu ildəki Qurdlar Vadisi Qladio toplam 876.810, 2011-ci ildəki Qurdlar Vadisi Fələstin isə toplam 2.028.057 izləyici tərəfindən izlənmişdi. İraqdakı bir hərbi əməliyyatda Polad Aləmdar və komandası bir Türkiyə xəritəsini ələ keçirirlər. Türkiyə xəritəsində hərbi bazalar və özəl hərakat mərkəzləri kimi strateji nöqtələrlə birlikdə, Suriya yaxınlarındakı sərhəd qəsəbəsi olan Yalavuz işarələnmişdir. Türkiyə topraqlarını işgal etmək üçün sərhəddə böyük bir ordu ilə uzun zamandır gözləyən düşmənlər, içəridən ediləcək çevrilişin mesajını gözləməkdədir.
Qurdlar Vadisi Vətən

Vətən (qəzet, Rusiya)
Vətən — 2002-2007-ci illərdə Rusiyada dərc olunan həftəlik, müstəqil ictimai-siyasi və kulturoloji məzmunlu mühacirət mətbuatı. Rusiyada Azərbaycan və rus dillərində çıxan həftəlik ictimai-kulturoloji “Vətən” qəzeti 2002-2007-ci illərdə fəliyyət göstərmişdir. Qəzetin təsisçisi və baş redaktoru Namiq Murad (Namik Muradov) olmuşdur. “Vətən” qəzetinin redaksiyası Marı Respublikasının Yoşkar-Ola şəhərində (Ünvan: Mətbuat evi, IV mərtəbə, 404-405-ci otaq) yerləşmişdir. Moskva, Sankt-Peterburq, Nijni-Novqorod, Kazan, Volqoqrad, Ulyanovsk, Kirov, Çeboksarı və Yoşkar-Ola şəhərlərində yayınlanan qəzet, Rusiyada yaşayan Azərbaycan diasporunun nümayəndələri və Azərbaycan mədəniyyəti, iqtisadiyyatı, adət və ənənələri ilə maraqlanan hər kəs üçün nəzərdə tutulmuşdur. Qəzetin tirajı 5000 - 10 000 nüsxə arasında dəyişmişdir. Əvvəlcə həftəlik nəşr olunan qəzet daha sonra aylıq yayına çevrilmişdir. Qəzet Azərbaycanda, Rusiyada və dünyada gedən ictimai-siyasi proseslər barədə xəbərlər dərc etmiş, diaspor həyatını işıqlandırmış, musiqi, idman, mədəniyyət və iqtisadiyyat haqqında məlumatları yaymışdır. Qəzetin redaksiya heyətinin üzvləri Fəxrəddin Məmmədov, İlqar Yusifov, Denis Məhəmmədxanov, rəssamı Valeri Şumkov (Küyçü), Azərbaycan təmsilçilsi Kəmalə Musayeva olmuşdur.
Vətən Anadır (mahnı)
Vətən Müdafiəçiləri Abidəsi
Otan korqauşılar abidəsi (qaz. «Отан қорғаушылар» монументі) ― Qazaxıstanın paytaxt şəhəri Astanada yerləşən memorial. Abidə "Tauelsizdik" prospektinə yaxın "Vətən qoruyucuları" meydanında qoyulub. Abidə ilk öncə Böyük Vətən müharibəsi (II Dünya Müharibəsi) dövründə Sovet ordusu sıralarına xidmətə göndərilən qazaxların və Qazaxıstan Silahlı Qüvvələri veteranların xatirəsini anır. "Otan korqauşılar" adı qazax dilindən "vətən qoruyucuları" kimi tərcümə olunur. Aleksandr Lukaşenko, Mun Çje İn, Angela Merkel, Sadır Japarov və Qasım-Comərd Tokayev kimi yüksək vəzifəli şəxslər müxtəlif vaxtlarda abidəni ziyarət etmiş və önünə çələnglər qoymuşdular. Hər il 9 may tarixində təşkil olunan Qələbə Günü paradı adətən memorial yaxınlığında keçirilir. Abidənin açılışı 2001-ci ildə "Qələbə Günü" bayramına təsadüf etdi. Abidənin təməli 10 iyun 1998-ci ildə o vaxtki Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulmuşdur. Abidə qranit bünövrəsi üzərində ucalır, oraya həmçinin tunc stela da yerləşdirilib.
Vətən uğrunda medalı
"Vətən uğrunda" medalı — Azərbaycan Respublikasının dövlət təltifi. 10 noyabr 1992-ci ildə təsis edilmiş, əsasnaməsi 29 dekabr 1998-ci ildə təsdiq edilmişdir. "Vətən uğrunda" medalı Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəy Əliyev tərəfindən 1992-ci il 10 noyabr tarixli 370 saylı Qanunu ilə təsis edilmişdir. Medalın əsasnaməsi Azərbaycan Respublikasının 1998-ci il 29 dekabr tarixli 608-IQ saylı Qanunu ilə təsdiq edilmişdir. Əsasnaməyə əsasən medal aşağıdakılara görə verilir: Azərbaycan Respublikası ərazi bütövlüyünün təmin edilməsində iştirak etdiklərinə görə; Dövlətin milli təhlükəsizliyinin təmin edilməsində fəaliyyətinə görə; Dövlət quruluşunun müdafiəsində iştirakına görə. "Vətən uğrunda" Azərbaycan Respublikasının medalı digər orden və medalları olduğu halda döşün sol tərəfinə ordenlərdən sonra taxılır. "Vətən uğrunda" medalının təsviri 2 fərqli formada verilmişdir. Medalının ilk təsviri Azərbaycan Respublikasının 2000-ci il 8 dekabr tarixli 34-IIQ saylı Qanunu ilə təsdiq edilmişdir. Həmin qanunda medalın təsviri aşağıdakı kimi verilmişdir: "Vətən uğrunda" medalı bürüncdən tökülmüş, çevrəsi boyunca bəzəyi olan 36 mm diametrli girdə lövhədən ibarətdir. Medalın mərkəzində Azərbaycan Respublikasının Gerbi yerləşdirilib, onun altında isə iki kəsişən qılınc göstərilib.